воскресенье, 22 марта 2015 г.

TOVUZ TƏBİƏTİ

Təbiəti

Tovuz rayonu öz flora və faunası ilə doğrudan da digər rayonlardan fərqlənir. Ən azı ona görə ki, rayon tamamilə dağlar qoynunda yerləşir. Hər bir yanı silsilə dağlar, caylar və meşələrlə əhatə edilmiş bir rayonun təbiəti artıq öz-özlüyündə füsunkar olmalıdır. Üstəgəl havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban, qonaqpərvər insanları...
Dağlar sanki bir üzük, Tovuz rayonu isə bu əzəmətli üzüyün qaşıdır. Silsilə dağların dağətəyi zonaŞ bundan sonra isə düzənliklə əvəz edilməsi rayon ərazisində torpağın üst qat örtüyünün və bunun da nəticəsində bitki örtüyünün dyişilməsinə səbəb olur.
Bəzən alp çəmənlikləri, bəzən subalp çəmənlikləri talalarda və düzənliklərdə biri-birini əvəzləyir. Bəzən sıxlığı ilə insanı vahimələndirən keçilməz meşə zonalarında, xüsusilə də dağ-meşə massivlərində rast gəlinən bitki örtüyünün və heyvanlar aləminin çox güman ki, hələ bundan sonra da daha dəqiq araşdırılmasına və klassifikasiyasına güclü ehtiyac hiss edilməkdədir.
Dağ massvlərində və xüsusən də dağətəyi zonalarda xalca kimi sərilərək minbir rəngə çalan çəmənliklərdə bitən otların, güllərin, çiçəklərin və müxtəlif növ digər bitki aləminin bir başqa aləmi var...
Sıldırım qayalardan qah-qah vuraraq qalxan qartalların hayı-harayı, quşların aləmi başına götürın quş nəğmələri füsünkar Tovuz təbiətinin zənginliyindən söhbət açır.
Tovuz dağlarının, Tovuz meşələrinin, düzənliklərinin, yaylalarının rəngarəngliyi onun təkcə bitki örtüyü ilə deyil heyvanlar aləmi ilə də həmahəngdir. Ən kiçik qarışqalardan tutmuş ən ən nəhəng və ən vıəhşi qabanına qədər mənə elə gəlir ki, digər bütün canlılardan fərqlidir, bunlar məhz Tovuzun heyvanlar aləminə məxsusdur.
Tovuz meşələrində və dağlarında, düzənlərində və yaylalarında, ən inanılmaz irəməliklərində belə rast gəlinən siçan, siçovul, dələ, çaqqal, tülkü, canavar, ceyran, cüyür və sair heyvanlar aləminin getdikcə kasadlaşdığı bu günlərimizdə də kifayət qədər cazibədar olduğuna dəlalət edir.
Hələ bol sulu Kür çayında olan balıqları da bura əlavə etsək, heç də Tovuzun flora və faunasından şikayət etməyə dəyməz, əksinə onu sevmək, onu qotumaq, ona qayğı göstərmək lazımdır.
Vəhşi təbiətin qanunları ilə bibi-birinin qənimi olan heyvanların eyni bir ərazidə yaşaması həmin heyvanlarda müdafiə instinktlərini yaratmaqla bərabər həm də təbiətdə təbii seçim və saəlamlaşma mühitinin yaranmasına səbəb olur.
Buraya həm yırtıcılar, həm də qeyri-yırtıcılar daxildir. Tovuz rrayonunun meşə massivlərində bu günlərdə də az da olsa təbiətin bəzəyi olan ceyran və cüyürlərə də rast gəlinir.
Uca sıldırımlı dağların, qayaların zirvəsində şığıyaraq şikar axtaran qartallarsız həm Tovuz dağları darıxar, həm də əngin səmalar. Çünki şahinlər deyərkən şiş ucları buludlardan nəm çəkən uca dağlar yada düşür, dağlar deyərkən istər istəməz qartallar, şahinlər yada düşür.
Tovuz rayonun təbiətində söz açasan amma bumbuz bulaqlaradan danışmayasan. bax bu günah olardı. Çünki Tovuz rayon su hövzələrini yaradan əsas mnənbələrdən biri də məhz bulaqlardır.
Tovuz rayonu müxtəlif istiqamətlərdə maşınla yolşuluq edənlərin qarşısına çox tez-tez çıxa bilən təbiət gözəlliklərindəndir. Hər bir bulaqın öz adı, hər bir bulaq suyunun öz dadı-tamı vardır.
Tovuz rayon su hövzələrinin yaranma mənbələrindən biri və yəqin ki, ən əsası məhz çaylardır. Tovuz rayonunda olan dağ çayları xüsusilə insana yenilməzlik, qələbə və əbədilik hissləri gətirir. İti sürətli dağ çaylarına baxarkən istər istəməz çayın axarı insanın hisslərini də özü ilə götürüb uzaqlara, sonsuzluqlara aparır.
Dağ çaylarının ayrı-ayrı yerlərində şəlalələrə çevrilərək yuxarıdan aşağı öz əzəməti ilə insanı vəcdə qətirərək aramsız şırhaşırla axan şırşırlı şəlalələri görmək və onlardan sadəcə ayrılmaq doğrudan da mümkün deyil.
Tovuzun flora və faunası olduqca zəngindir. Dağlarda palıd, fıstıq, vələs, qoz, göyrüş, dəmirağac və müxtəlif cır meyvə kolları növləri bitir. Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan eldar şamı qorunur.
Ərazinin landşaftındakı müxtəliflik, flora və faunasının rəngarəngliyi onu turizm üçün nə dərəcədə əhəmiyyətli olduğunu şərtləndirir.

Комментариев нет:

Отправить комментарий